Rusiya, Hindistan və Çin Venesuelaya hərbi müdaxiləyə qarşı çıxdılar

Rusiya, Hindistan və Çin Venesuelaya hərbi müdaxiləyə qarşı çıxdılar

 Rusiya, Hindistan və Çinin nazirlər səviyyəsində görüşünün yekununda Çin XİN başçısı Van Yi  Rusiya, Hindistan və Çininn Venesuelaya qarşı hərbi müdaxiləyə qarşı olduqarını açıqlayıb.

Van Yi Venesuelada yaranan vəziyyəti yalnız Venesuela xalqının dialoq yolu ilə nizamlaya biləcəyini bildirib.

“Biz bu böhranın hərbi yolla həll edilməsinə qarşıyıq”, - deyə Van Yi bildirib.

Bundan əlavə, adı çəkilən ölkə nümayəndələri digər ölkələrin daxili işinə müdaxilə etməmə prinsipini bir daha təsdiq ediblər. /eastnews.org/

Google+ WhatsApp ok.ru