Rusiya hipersəsli silah istehsalı üzərində işləyir

Rusiya hipersəsli silah istehsalı üzərində işləyir

-- yaxın 10 il ərzində hipersəsli silah istehsalına başlanıla bilər

Rusiya prezidenti Vladimir Putinin keçirdiyi müşavirələrdə  hipersəsli silahın yaradılması məsələsi müzakirə edilib.
 
Bu barədə jurnalistlərə Rusiya müdafiə nazirinin müavini Yuri Borisov bildirib.
 
“Hipersəsli texnologiyalar artıq bugünkü günün reallığıdır, ona görə də yaxın 10 il ərzində hipersəsli silah istehsalına başlanıla bilər, burada fövqəladə bir şey yoxdur. 
 
Aparıcı dövlətlər kimi biz də bu istiqamətdə çalışırıq”, - deyə Yuri Borisov qeyd edib. (APA)

Google+ WhatsApp ok.ru