Rusiya ictimaiyyəti: Ən böyük terror təhdidi ABŞ-dır

Rusiya İctimaiyyət Araşdırmaları Mərkəzinin son sorğusu Rusiya xalqının ABŞ-a mövqeyini ortaya qoyub. Sorğu rusiyalıların çoxunun ABŞ-ın radikal təşkilatlardan daha çox terror hücumlarına səbəb olduğunu düşündüyünü göstərir.
 
Maide.az xəbər veriri ki, "Sizcə bu gün Rusiya vətəndaşlarına qarşı ən böyük terror təhdidi haradan gəlir?" sualına sorğu iştirakçılarının 22 faizi "ABŞ-dan" cavabını verib. Sorğuya qatılanların 13 faizi radikal təşkilatları, 7 faizi Ukraynanı, 32 faizi Qafqazdakı qruplaşmaları, 3 faizi fərqli qrupları terrorun mənbəyi kimi göstərib.
 
Sorğuya görə Rusiya xalqının 2 faizi Orta Şərq, 2 faizi isə Avropa ölkələrinin Rusiyaya qarşı terror təhdidi meydana gətirdiyini düşünür. Sorğu iştirakçılarının 58 faizi bu gün baş verə biləcək terror hücumlarının yaşanmasından narahat olduqlarını söylətib. 18 faizlik seqment terror hücumlarından qorxmadığını, 22 faizi terrorun gündəmində olmadığını deyib. "Yuri Levada" ictimaiyyət araşdırmaları mərkəzinin sorğusuna görə isə, Rusiya xalqının 39 faizi bu gün ABŞ və AB-nin Rusiyanın düşməni olduğunu, 43 faizi Moskvanın Qərb ilə əlaqələrinin gərgin olduğunu düşünür.

Google+ WhatsApp ok.ru