Rusiya ilə Azad Suriya Ordusu nümayəndələri Əbu-Dabidə görüşəcəklər

Azad Suriya Ordusunun nümayəndələri BƏƏ-nin paytaxtı Əbu-Dabidə Rusiya Müdafiə və XİN nümayəndələri ilə görüşmək üçün razılığa gəliblər.
 
Maide.az xəbər verir ki, görüşün koordinatorlarından olan Mahmud Əfəndi bununla bağlı bildirib: Azad Suriya Ordusunun Dəməşq, Qənitəre, Həma, Homs və həmçinin şimal cəbhəsindən Hələb və Ədləb də daxil olmaqla 28 briqadasının nümayəndələri ilə Rusiya Müdafiə və XİN təmsilçililərinin görüşü barədə razılıq əldə edilib və bu görüş çox güman ki gələn həftənin son günlərində Əbu-Dabidə baş tutacaq.
 
O əlavə edib ki, birgə əməliyyat mərkəzinin fəaliyyətinin gücləndirilməsi barədə danışıqlar görüşün ən başlıca mövularından biridir.
 
O qeyd edib ki, haqqında Moskvada razılıq əldə edilən bu görüşün təşkilindən məqsəd İŞİD, Cibhət Əl-Nusra terror qruplaşmaları ilə mübarizə aparmaq, eləcədə İŞİD-dən sonra siyasi həll yolunun tapılmasıdır.
 
Rusiyanın Azad Suriya Ordusunu şərtli dəstəkləməsi
 
Rusiya XİN rəhbəri Serqey Lavrov 24 oktyabrda deyib ki, radikal qruplaşmalarla, o cümlədən İŞİD-lə mübarizə apardıqca, Moskva Azad Suriya Ordusunu dəstəkləyəcək. /

Google+ WhatsApp ok.ru