Rusiyalı ekspertdən şok səfir açıqlaması - Səudiyyəlilər edib

Rusiyalı ekspertdən şok səfir açıqlaması - Səudiyyəlilər edib

"Bu, Səudiyyə taxt-tacı varisinin varisi Məhəmməd Bin Salmandır"
 
Rusiyanın Türkiyədəki səfiri Aleksandr Karlovun öldürülməsi Suriyanın Hələb şəhərinin terrorçulardan azad edilməsinə görə radikalların qisas alma hadisəsidir. Bunu Rusiyanın Yaxın Şərq, Asiya və Afrika ölkələri İnstitutunun prezidenti Yevgeniy Satanovski bildirib.
 
Yevgeniy Satanovski bu terror aktının səudiyyəlilər tərəfindən edildiyini və işin arxasında Səudiyyə kralının varisi olan Məhəmməd Bin Salmanın olduğunu bildirib.
 
"Demək olar ki, çox ehtimal ki, bu səudiyyəlilərdir. Hələbə görə qisas alırlar. Bu, Səudiyyə taxt-tacı varisinin varisi Məhəmməd Bin Salmandır. Yaraqlıların Hələb şəhərindəki məğlubiyyəti onun taxtı tutmaq şansını xeyli azaltdı. Səfirə olan zərbə onların edə biləcəyi birinci şeydir".
 
Ekspert bu terror aktının Türkiyənin müttəfiqi olan Qətər və başqa versiyaya görə, Türkiyə millətçiləri tərəfindən edildiyini ehtimal etməyib. Onun fikrincə əgər türkiyəli milltəçilər tərəfindən edildsəydi, onda onlar prezident Ərdoğanın qəzəbinə gələrdilər. (islaminsesi) /

Google+ WhatsApp ok.ru