Rusiyalı millət vəkili: Avropa ABŞ-dan asılı olmayan bir mövqe tutmalıdır

Rusiyalı millət vəkili: Avropa ABŞ-dan asılı olmayan bir mövqe tutmalıdır

“Avropa Birliyinin artıq öz praqmatik siyasətini aparmalı və bütün əsas regional ölkələrlə - həm Rusiya, həm Çin, həm də İran ilə qarşılıqlı faydalı tərəfdaşlıq qurmalıdır".
 
Maide.Az "parstoday"a istinadla xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər komitəsinin rəhbəri Leonid Slutski, NATO-nun sammiti ərəfəsində deyib. 
 
  
"Vaşinqton yenidən Avrasiya qitəsində qarşıdurma siyasətini tətbiq edərək Brüsseli "Amerika kanalında” hərəkət etməyə məcbur etməyə çalışır", - deyə Slutski əlavə edib.
 
Qeyd edək ki, bazar günü axşam ABŞ dövlət katibi Mayk Pompeo Avropa Birliyinin yeni rəhbərliyini Rusiya, İran və Çindən gələn "təhdidlərə" qarşı mübarizə sahəsində əməkdaşlığa çağırıb.
 
Rusiya, Çin və İranın Avropanı heç bir şəkildə təhdid etmədiyini qeyd edən Dövlət Dumasının beynəlxalq məsələlər komitəsinin rəhbəri əlavə edib: "Əslində sülh və sabitliyə real təhdid ABŞ-ın həddindən artıq hegemon ambisiyalarıdır".
 
" ABŞ-ın açdığı Avropa Birliyinin Rusiya ilə sanksiya müharibəsi, Avropa tərəfdaşları üçün milyonlarla itki ilə nəticələnir" deyə, Slutski bildirib. 
 
Şimali Atlantika Alyansı (NATO) ölkələrinin ikigünlük sammiti dekabrın 3-də, Londonda başlayıb.

Google+ WhatsApp ok.ru