Rusiyalıları nə narahat edir?

Rusiyalıları nə narahat edir?

-- gəlirlərin ədalətsiz bölgüsündən və...

Rusiyanın “Levada” sosioloji mərkəzi ölkədə əhalini hansı problemlərin narahat etdiyini öyrənmək üçün sorğu keçirib.
 
Maide.Az bildirir ki, Novator.az-ın məlumatına görə, sorğu bu il yanvarın 19-23-də ölkənin 48 bölgəsinin 137 yaşayış məntəqəsində aparılıb. Sorğuda yaşı 18-dən yuxarı olan 1600 adam iştirak edib.
 
Respondentlərin 63%-i qiymət artımından, 47%-i yoxsulluqdan, 40%-i işsizlikdən, 38%-i korrupsiya və rüşvətxorluqdan, 35%-i iqtisadi böhrandan, sənaye və kənd təsərrüfatındakı acınacaqlı durumdan narahat olduğunu bildirib.
 
Sorğu iştirakçılarının üçdə biri varlılarla yoxsullar arasında kəskin fərqdən, gəlirlərin ədalətsiz bölgüsündən narahatlığını ifadə edib.
 
Respondentlərin 26%-i səhiyyə xidmətinin bir çox növünə əli çatmadığından gileylənib.
 
 

Google+ WhatsApp ok.ru