Rusiya müharibəyə hazırlaşır? – Gündəlik 300 qram çörək veriləcək

Rusiya müharibəyə hazırlaşır? – Gündəlik 300 qram çörək veriləcək

Sankt-Peterburq qubernatoru Georgi Poltavçenko müharibə vəziyyətində şəhər sakinlərinin 20 gün ərzində gündə 300 qram çörək almasına zəmanət verən ərzaq normativini təsdiq edib.
Publika.az xəbər verir ki, bu haqda “Fontanka” saytı bildirib.
Saytın məlumatına görə, ən yaxın üç ildə Sankt-Peterburq bələdiyyəsinin ehtiyatlarının ümumi həcmi ən azı 69,7 min ton təşkil edəcək. Bu, gündə 300 qram olmaqla şimal paytaxtının 5,2 milyon əhalisinə ay yarım çatmalıdır. 31 min ton minimum ehtiyat gündəlik 300 qramlıq payla şəhər sakinlərinə 20 gün üçün hesablanıb.
Qeyd edək ki, Leninqradda çörək kartları Böyük Vətən Müharibəsi illərində 872 gün tətbiq edilib. Çörəyin verilmə norması 800 qramdan 125 qrama qədər dəyişilirdi. Blokada zamanı 630 mindən çox leninqradlı aclıqdan ölüb.
 

Google+ WhatsApp ok.ru