Rusiya Misirdə nüvə stansiyası üçün 25 milyard pul ayırdı

Misir prezidenti Abdülfəttah Sisi Rusiyanın ölkədə ilk nüvə elektrik stansiyası tikintisinin maliyyələşdirilməsinə 25 milyard dollar kredit ayırdığını açıqlayıb.

Sisinin dünən təsdiqlədiyi sazişə əsasən, Moskva xərclərin 85 faizini ödəyəcəcək, xərclərin qalan hissəsini Misir təmin edəcək. Kreditin müddəti 22 ildir. 2029-cu ildən etibarən isə kredit 3 faizlə ödənəcək.

Dörd ədəd 1200 meqavatlıq nüvə reaktorun Misirin şimalınakı Dəbada yerləşdirilməsi nəzərdə tutulur. Misir və Rusiya arasında saziş ötən ilin fevralında imzalanıb, lakin oktyabrda Sinayda Rusiyaya məxsus təyyarənin qəzaya uğraması iki ölkə arasındakı münasibətlərə mənfi təsir göstərib.

İŞİD terror təşkilatı 224 nəfərin həlak olduğu həmin hadisəyə görə məsuliyyəti öz üzərinə götürüb.(eastnews)

 

 

Google+ WhatsApp ok.ru