Rusiyan ingilisdilli kanalının efirindən İsrailə sərt etiraz

"Russia Today" televiziyasının aparıcısı Ebi Martin son günlər İsrailin Fələstində törətdiyi cinaəytlərinə səssiz qala bilməyib. O, Qəzzada baş verən cinayətlərlə bağlı hazırladığı reportajda amerikalı həmkarlarını ikiüzlü adlandırıb: "Baş verən cinayətlərə nüfuzlu "Wall Street Journal", "Los Angeles Times" və "New York Times" kimi nəşrlərin mövqeyi ürəkağrıdıcıdır. Zatən, ABŞ hökumətinə işləyənlərdən bundan artıq nəsə gözləməyə dəyməz."
Qeyd edək ki, İsrailin son bir həftədə törətdiyi cinayətlər nəticəsində Qəzzada dünyasını dəyişənlərin sayı 200-ə yaxındır. 

Google+ WhatsApp ok.ru