Rusiyanın 13 kanalı “Azerspace-1”də... 30 İyun 2014 01:00 İqtisadiyyat Azərbaycanın ilk telekommunikasiya peyki “Azerspace-1” üzərindən yayımlanan telekanalların sayı artıb. Maide.az-ın Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə istinadən verdiyi məlumata görə, bu ilin iyul ayının 1-nə olan məlumata görə, artıq peyk üzərindən 100-ə yaxın televiziya və 20-dək radio kanalı yayımlanmaqdadır. Rusiyanın bir sıra televiziya kanalı Azərbaycanın ilk milli peyki “Azerspace 1/Africasat 1A” üzərindən yayıma başlayıb. Milli peyk üzərindən açıq yayıma başlayan kanallar “A-One”, “Европа Плюс ТВ”, “Карусель +0”, “Life News”, “МИР-24”, “Москва. Доверие”, “Мульт +0”, “Пятница +0”, “РЕН +0”, “РУ-ТВ”, “СТС +0”, “ТВ3 (Россия) +0”, “Звезда +0” artıq 11015 H 30000 5/6 transponderində özünə yer edib. Qeyd edək ki, “Azerspace 1/Africasat 1A” üzərindən yerli kanallarla yanaşı, Gürcüstan, Ukrayna televiziya kanallarının yayımı həyata keçirilir. Teqlər : #Rusiyanın 13 kanalı Azerspace1də..., Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Nazir: “Saxta subsidiya alanlar qarşı sərt cəzalar tətbiq ediləcək” `Elektron Hökumət` portalı və Bank of Baku əməkdaşlığa başlayır