Rusiyanın ən böyük sosial şəbəkə rəhbəri istefa verdi

Rusiyanın kifayət qədər populyarlıq qazanmış “Odnoklassniki” sosial şəbəkəsinin rəhbəri və “Mail.Ru Group”un vitse-prezidenti İlya Şirokov şirkətdən istefa verir. 
 
Bu barədə şirkətdəki mənbə məlumat verib.   
 
Oktyabrın 1-dən “Odnoklassniki”yə Anton Fedçin rəhbərlik edəcək. 
 
Şirokov özü mətbuata açıqlamasında deyib ki, beynəlxalq layihələr həyata keçirməyi planlaşdırır. 
 
Qeyd edək ki, İlya Şirokov “Odnoklassniki” sosial şəbəkəsinə 4 ildən çox rəhbərlik edib. Buna qədər o, “Moy kruq” adlı sosial şəbəkə yaratmışdı.

Google+ WhatsApp ok.ru