Rusiyanın Şamdakı səfirliyinə mina atılıb

Rusiyanın Şam şəhərindəki səfirliyinə minaatanla zərbə endirilib.
Maide.az dunyabulleteni.net-ə istinadən xəbər verir ki, hadisə dünən baş verib.
Faktla bağlı Rusiya Xarixi İşlər Nazirliyindən məlumat verilib ki, mina silahlı müxaliflərin olduğu bölgədən atılıb. Hadisə zamanı ölən və yaralananın olmadığı bildirilir.
Rusiya XİN hadisəni şiddətlə qınadıqlarını və beynəlxalq ictimaiyyətin bu məsələ ilə bağlı öz mövqesini ortaya qoymaqlarını gözlədiklərini açıqlayıb./

Google+ WhatsApp ok.ru