Rusiyanın ağır hərbi texnika karvanı Ukraynanın Luqansk vilayətinə daxil olub

Rusiyanın 20 ədəd ağır hərbi texnikasından ibarət karvanı Ukraynanın Severnıy qəsəbəsi istiqamətindən Luqansk vilayətinə daxil olub.
 
APA-nın “UNİAN”a istinadən verdiyi xəbərə görə, bu barədə “Prava sprava” İctimai Birliyin rəhbəri Dmitri Snegiryov bildirib. Onun sözlərinə görə, bu məlumatı ona hadisənin şahidləri olmuş yerli sakinlər və onun rəhbəri olduğu təşkilatın üzvləri təqdim ediblər.    
 
“İndi (avqustun 15-i, yerli vaxtla 21.00, Bakı vaxtı ilə 23.00-da) Rusiyanın 20 ədəd ağır hərbi texnikasından ibarət karvanı Rusiya sərhədində yerləşən Severnıy qəsəbəsi istiqamətindən Luqansk vilayətinə daxil olub. Karvan əksəriyyəti “Qrad” reaktiv yaylım atəş sistemi olan 20-dək ağır texnikadan ibarətdir. Karvan Suxodolskdan Ukrayna ordusunun nəzarəti altında olan Novosvetlovka istiqamətində hərəkət edir”, deyə Snegiryov bildirib.  
 
O, həmçinin, bildirib ki, həmsərhəd rayonlarda, Rusiyanın Rostov vilayətində hazırda özlərini “Rusiya könüllüləri” adlandıran 2 minədək şəxs cəmləşib. “Onlar bu gecə Krasnodon – Luqansk magistral yolunu Novosvetlovka kəndi istiqamətində nəzarətə almaq məqsədilə sərhədi keçməyə hazırlaşırlar. Bunun bir məqsədi var – Novosvetlovka və Xryaşevatoye kəndləri istiqamətində Ukrayna Milli Qvardiyasının birləşmələrini mühasirəyə almaq”, deyə Snegiryov qeyd edib.
 
O əlavə edib ki, hazırda Krasnıy Luç və Minusinka şəhərləri yaxınlığında ağır döyüşlər gedir, terrorçular “Luqansk Xalq Respublikası” və “Donetsk Xalq Respublikası” arasında dəhliz yaratmağa səy göstərirlər. /

Google+ WhatsApp ok.ru