Rusiyanın artilleriya gəmilərinin Bakıya rəsmi səfəri başa çatıb

Rusiya Federasiyası Xəzər Dəniz Donanmasının "Mahaçqala" və "Volqodonsk" kiçik artilleriya, həmçinin “Anatoliy Qujvin” kiçik hidroqrafiya gəmilərinin Bakıya rəsmi səfəri başa çatıb.
 
Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
 
Qeyd edək ki, Rusiya hərbi gəmilərinin səfəri avqustun 13-də başlayıb. Gəmiləri Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinin və Rusiya Federasiyasının ölkəmizdəki səfirliyinin nümayəndələri qarşılayıblar.   Nümayəndə heyəti, Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələri Komandanlığı, Səbail rayon icra hakimiyyəti və Bakı Dəniz Limanının rəhbərliyi ilə görüşlər keçirib, Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbində tədris prosesi ilə tanış olub.

Google+ WhatsApp ok.ru