Rusiyanın baş naziri Azərbaycana səfər edəcək

 Rusiyanın baş naziri Dmitri Medvedev Azərbaycana səfər edəcək. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya baş nazirinin mətbuat katibi Nataliya Timakova bildirib.
 
Onun sözlərinə görə, Rusiya baş nazirinin aprelin 7-də Ermənistana səfəri baş tutacaq: "Ermənistan səfərinin sonunda Dmitri Medevedevin Azərbaycana səfəri razılaşdırılıb. Bakıya səfər aprelin 8-də olacaq". /

Google+ WhatsApp ok.ru