Rusiyanın Baş Qərargah rəisi və NATO qüvvələrinin baş komandanı Bakıda görüşdülər

Rusiyanın Baş Qərargah rəisi və NATO qüvvələrinin baş komandanı Bakıda görüşdülər

-- Görüşdə hərbi vəziyyət və təlimlər barədə müzakirələr aparılmışdır

NATO-nun Avropada Müttəfiq Silahlı Qüvvələrinin Ali baş komandanı, general Körtis M. Skaparrotti və Rusiya Federasiyasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi və müdafiə nazirinin birinci müavini, general Valeri Gerasimov ötən gün 19 aprel 2018-ci ildə Azərbaycan Respublikasının Bakı şəhərində görüşüblər.
 
İki yüksək rütbəli hərbçinin görüşündə məqsəd proqnozlaşdırıla bilmə və şəffaflığı artırmaqdır. Görüşdə hərbi vəziyyət və təlimlər barədə müzakirələr aparılmışdır. Bu təkbətək görüş hərbçilər arsında ünsiyyətin saxlanılması və NATO-nun dialoq və şəffaflıq siyasətinə uyğunluğa olan ortaq marağın aşkar göstəricisidir.
 
Bu görüş 7 sentyabr 2017-ci ildə NATO-nun Həbri Komitəsinin sədri, general Petr Pavelin Rusiya Federasiyasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi və müdafiə nazirinin birinci müavini, general Valeri Gerasimov ilə Azərbaycan Respublikasının Bakı şəhərində görüşünün ardınca baş verib.
 
General Skaparrotti və general Gerasimov gələcəkdə hərbçilər arasında ünsiyyəti davam etdirmək barədə razılığa gəliblər. Bu barədə NATO-nun Baş Qərargahı xəbər verir.(contact.az)

Google+ WhatsApp ok.ru