Rusiyanın bu şəhərindən Azərbaycan sərhədinədək elektrik qatarları işləyəcək

Rusiyanın bu şəhərindən Azərbaycan sərhədinədək elektrik qatarları işləyəcək

Dağıstanın paytaxtı Mahaçqala şəhərindən Azərbaycan sərhədinədək elektrik qatarları xəttə buraxılacaq.
 
Maide.Az bildirir ki, Trend-in məlumatına görə, bu barədə qərar Dağıstan hökumətinin iclasında verilib.
 
İclas zamanı “Dağıstan ərazisində 2019-2021-ci illər üçün əhaliyə şəhərətrafı dəmiryol nəqliyyatı xidmətinin təşkil olunması barədə” müqavilə təsdiq olunub.
 
Bu sənəd Mahaçqala-Xasavyurt, Mahaçqala-Dərbənd və Mahaçqala-Azərbaycan sərhədi istiqamətləri üzrə sərnişin daşımalarını nəzərdə tutur.
 
Bundan başqa, iclas zamanı gələcəkdə Dərbənd-Azərbaycan sərhədi istiqamətində sərnişin daşımaları məsələsini hazırlamaq barədə razılıq əldə olunub.
 

Google+ WhatsApp ok.ru