Rusiyanın dini təşkilatları dövlət tərəfindən maddi dəstək alacaqlar

Rusiya prezidenti Vladimir Putin qərar imzalayıb.
Qərara əsasən, dini təşkilatlar RF tərəfindən maliyyə dəstəyinə namizəd ola bilərlər.

Maide.az-ın Rusiya KİV-lərinə istinadən məlumatına görə, qanun layihəsinin təşəbbüskarı Moskva patriarxlığıdır. Rus Patriarx deyib ki, Kilsənin dini məbədlərin saxlanması üçün kifayət qədər vəsaiti yoxdur. Bundan sonra dini təşkilatlar bu vəsaitləri Rusiya dövlətindən alacaqlar. RF ərazisində yaşayan müxtəlif dinlərin nümayəndələri ümid edirlər ki,yeni qanun layihəsi mədəni irsin dini təşkilatların himayəsinə keçirmək prosesini asanlaşdıracaq.
Ekspertlərin sözlərinə görə hazırda kilsə məbədləri qorumaq məsuliyyətini öz üzərində daşıyır,lakin buna maddi imkanları çatmır. //

Google+ WhatsApp ok.ru