Rusiyanın Ermənistandakı hərbi bazasına yeni ərazi verilib

Rusiyanın Ermənistanın Gümrü şəhərindəki hərbi bazasına Lalayan küçəsində yeni məntəqə təqdim edilib.

Trend-in "Mediamaks" agentliyinə istinadən verdiyi məlumata görə, müvafiq qərar bu gün Ermənistan hökumətinin iclasında qəbul olunub.

Xatırladaq ki, Rusiya bazasının hərbi qulluqçusu Valeri Pavloviç Permyakov yanvarın 12-də Ermənistanın Gümrü şəhərində 6 nəfərdən ibarət ailə amansızcasına qətlə yetirmişdi./

 

Google+ WhatsApp ok.ru