Rusiyanın Ermənistandakı tankçıları təlimə başlayıb

Rusiya Cənub Hərbi Dairəsinin tankçıları fevralın 24-də Ermənistandakı "Alagəz" poliqonunda təlimə başlayıb.
Ermənistan KİV-lərinin yazdığına görə, bu haqda Cənub Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, təlim "Т-72B" tankları ilə keçirilir. Bu tədbirə yüzdən çox hərbçi cəlb edilib.
Təlim dəniz səviyyəsindən iki min metr yüksəklikdə keçirilir.

Google+ WhatsApp ok.ru