Rusiyanın içərisində 14 hərbçi olan təyyarəsini İsrail vurub?

Rusiyanın içərisində 14 hərbçi olan təyyarəsini İsrail vurub?

Suriyaya gedən hərbçiləri daşıyan Rusiya təyyarəsi yoxa çıxıb.
 
Maide.Az "FaktXəbər"-ə istinadən məlumat verir ki, Rusiya Müdafiə Nazirliyi 14 hərbçini daşıyan "İl-20" təyyarəsi dünən axşam saatlarında Aralıq dənizi hövzəsində olarkən radarlardan itib.
 
Məlumatda bildirilir ki, hərbçilər Hmeymim aviabazasına geri dönürlərmiş və sahilə 35 km qalmış təyyarə və heyət üzvləri ilə əlaqə kəsilib.
 
Rusiya Müdafiə Nazirliyinin məlumatında o da bildirilir ki, təyyarə İsrailə məxsus dörd ədə "F-16" təyyarəsinin Latakiya əyalətindəki Suriya obyektlərinə hücumu zamanı itib. Bundan əlavə, Rusiyanın Hava Hücumundan Müdafiə qüvvələri həmin ərazidə olan Fransanın "Auvergne" freqatından raket atıldığını da qeydə alıb.
 
İsrail rejiminin hərbçiləri Rusiyanın təyyarənin itməsi ilə bağlı bəyanatına münasibət bildirməkdən imtina edib.
 

Google+ WhatsApp ok.ru