Rusiyanın kinozallarında Həzrəti Məhəmməd (s) filmi nümayiş olunacaq

Rusiyanın kinozallarında Həzrəti Məhəmməd (s) filmi nümayiş olunacaq

Həzrəti Məhəmmədin uşaqlıq dövründən bəhs edən "Həzrəti Məhəmməd: Allahın elçisi" filmi, noyabrın 18-dən etibarən Rusiya kinoteatrlarında nümayiş olunacaq. 
 
Maide.Az xarici mediaya istinadən xəbər verir ki, dağıstanlı tamaşaçılar İran kinematoqrafçılarının ilk tarixi filminə baxacaqlar. Filmin nümayişi noyabrın 18-də Dağıstanın ("Rusiya", "Moskva", "Oktyabr", "Мirkato") kinoteatrlarında nümayiş olunacaq.
 
Filmin yaradılması üzərində dünya səviyyəli rejissor Məcid Məcidinin böyük əməyi olub. Filmin çəkilişindən öncə çox böyük tədqiqat işləri aparılıb, Yaxın Şərq və Afrika (Livan, İraq) (Mərakeş, Əlcəzair, Tunis) ölkələrində saxlanılan, onlarla qədim tarixi yerlər diqqətlə öyrənilmişdir. Rejissor bu filmin ssenarisi üzərində hələ 2007-ci ildə işləməyə başlayıb və o, yalnız qaralama variantının ssenarisinin yazılması üçün təxminən iki il vaxt sərf edib.
 
Əsas çəkilişlər aparmaq üçün Tehranın 55 kilometrliyində "Nur" (İşıq) kinoşəhərciyi tikilib. Orada ərazinin landşaftı, təbiəti qədim Məkkə və Mədinənin səhralığı ilə böyük oxşarlığı var. Çəkilişlərin bir hissəsi, həmçinin Fars körfəzinin sahilindəki səhra - Dəşte-Lut və CAR-da aparılıb. Filmin çəkilişində beş yüz aktyor cəlb olunub. Müxtəlif ölkələrdən mütəxəssislər dəvət olunub. 
 
Məcid Məcidinin rejissorluğu ilə çəkilən filmin baş operatoru "Oskar" mükafatına layiq görülmüş italiyalı Vittorio Storaro, bəstəkarı daha bir "Oskar" laureatı hindistanlı Allah-Raxa Rəhmandır.
 
Film real tarixi faktlar əsasında yaradılıb və VII əsrdə Ərəbistan baş verən hadisələr təsvir edilib.
 
Film "Oskar" kino mükafatı üçün, Ən Yaxşı bədii film nominasiyası üzrə namizədliyini irəli sürülüb.
 
Bir çox kinematoqraflar bu filmin təkcə İslam dünyasında deyil, xristian dünyasında da böyük əks-səda doğuracağını söyləyirlər. /
 
 
 
 
 

Google+ WhatsApp ok.ru