Rusiyanın maliyyə naziri: “Böhran geridə qaldı”

Rusiyanın Maliyyə naziri Anton Siluanov ölkə iqtisadiyyatının ən pis dövrünün geridə qaldığını açıqlayıb.
 
Axar.az xəbər verir ki, nazir bu gün Moskvada təşkil etdiyi mətbuat konfransında ölkənin maliyyə durumunun normallaşdığını bildirib:
 
“Böhranın ən pik nöqtəsi geridə qaldı. Artıq sabitliyə doğru gedirik. Maliyyə vəziyyəti də düzəlməyə başlayıb. Daşınma sektorunda artıq gəlirlər götürürük”.
 
Xatırladaq ki, dünyanın ən böyük enerji ixracatçısı olan şimal qonşumuz 2009-cu ildən bəri ən aşağı qiymətə düşən neft qiymətləri və Qərb ölkələrinin tətbiq etdiyi sanksiyalar ucbatından milyardlarla dollar itirib./

Google+ WhatsApp ok.ru