Rusiyanın Miq-29 qırıcısı Moskva vilayətində qəzaya uğrayıb -VİDEO

Çoxməqsədli qırıcı təyyarə Miq-29 cümə axşamı Moskva vilayətində qəzaya uğrayıb.
 
Maide.Az tvrain.ru-ya istinadən xəbər verir ki, hadisə barədə rəsmi bir açıqlama verilməsə də, eyni zamanda, pilotların taleyi də naməlum olaraq qalıb.
 
"Miq-29 Moskva vilayətinin Puşkin rayonunda Muranov kəndi yaxınlığında qəzaya uğrayıb. Təyyarədə olan hər iki pilotun haqqında məlumat yoxdur. Eyni zamanda, yer üzündə də  xəsarət alanlar yoxdur.",-deyə mənbə bildirir.
 
Rusiyanın nüfuzlu TASS agentliyi isə bildirir ki, pilotlar təyyarənin katapult vasitəsilə tərk ediblər.
 
Həmçinin qeyd edilir ki, qəzaya uğramış təyyarə müdafiə nazirliyinə məxsus deyil, müdafiə sənayesi müəssisələrinin birinə aid imiş. /

 

Google+ WhatsApp ok.ru