Rusiyanın qəzaya uğramış `Tu-154` təyyarəsinin `qara qutu`su tapılıb

Rusiyanın qəzaya uğramış `Tu-154` təyyarəsinin `qara qutu`su tapılıb

Həlak olmuş 3 şəxsin cəsədi də qəzanın baş verdiyi ərazidə aşkarlanıb
 
Dalğıclar Rusiya Müdafiə Nazirliyinin Qara dənizdə qəzaya uğramış "Tu-154" təyyarəsinin "qara qutu"sunu tapıblar.
 
"Report"un məlumatına görə, bu barədə "TASS" agentliyi güc strukturundakı mənbəyə istinadən xəbər verib.
 
"Təyyarənin kabinəsinin altında axtarış işlərinin gedişatında bir qara yeşik aşkar edilib. Yaxın vaxtlarda o sudan çıxarılacaq", - deyə mənbə bildirib.
 
Mənbə həmçinin bildirib ki, həlak olmuş 3 şəxsin cəsədi və böyük miqdarda cəsəd qalıqları da qəzanın baş verdiyi ərazidə aşkar edilib.

Google+ WhatsApp ok.ru