Rusiyanın sərhədi yaxınlığında NATO-nun böyük hava hərbi təlimləri başladı

Maide.az-ın məlumatına görə, Şimali Atlantik Alyansı NATO-nun böyük hərbi təlimləri Rusiyanın şimalında şimal qütbünün yaxınlığındakı ərazilərdə başlanıb. Hərbi təlimlərdə Amerika, İngiltərə, Fransa və Almaniyanın hərbi təyyarələri iştirak edirlər. Təlimlərin növbəti mərhələsində İsveç, Finlandiya, Norveç və İsveçrə təyyarələri də iştirak edəcəklər. 
 
Rusiya mediaları NATO-nun hərbi təlimlərini Rusiyanın şimal qütbdə fəaliyyətlərinin artmasına rekasiya hesab edirlər. Belə ki, ötən bir ildə Rusiyanın hava qüvvələrinin daimi hərbi bazası yaradılmış və bölmələri yerləşdirilmişdir.
 
Son illərdə şimal qütbünün təbii ehtiyatlarına nəzarət etmək bu bölgənin ətrafındakı ölkələr arasında problemə çevrilmişdir.

Google+ WhatsApp ok.ru