Rusiyanın Suriyadakı səfirliyi minaatanlardan atəşə tutulub

Rusiyanın Dəməşqdəki səfirliyinin ərazisinə iki minaatan mərmisi düşüb, insident nəticəsində xəsarət alan olmayıb.
 
Bu barədə “RİA Novosti”yə səfirliyin mətbuat katibi Asiya Turuçiyeva bildirib.
 
“Rusiyanın Dəməşqdəki səfirliyinin ərazisinə iki minaatan mərmisi düşüb. Onlardan biri əsas girişin qarşısında partlayıb, digəri isə inzibati binaya tuş gəlib. Səfirliyə maddi zərər dəyib. İnsident nahar zamanı baş verdiyindən xəsarət alan olmayıb”, deyə Turuçiyeva bildirib.  
 
Onun sözlərinə görə, Suriya tərəfi baş vermiş hadisəyə dərhal reaksiya verərək, səfirliyin təhlükəsizliyinin təmin olunması  istiqamətində lazımi tədbirlərin görüləcəyini vəd edib.  

Google+ WhatsApp ok.ru