Rusiyanın Türkiyədəki səfiri Karlov Xarici İşlər Nazirliyinə çağırılıb

Rusiya Federasiyasının Ankara səfiri Andrey Karlovun İstanbul boğazından keçən Rusiya döyüş gəmisində bir əsgərin çiynində raketlə görünməsi ilə bağlı Xarici İşlər Nazirliyinə çağırdığı bildirilir.
 
Maide.az xəbər verir ki, diplomatik mənbələrdən verilən məlumata görə, Karlov Dənizçilik və Aviasiya baş direktoru Burak Özügergin tərəfindən qəbul edilib. Görüş təxminən 1 saat davam edib.
 
Karlov beynəlxalq hüquq normalaraına uyğun şəkildə keçidlə bilavasitə əlaqəsi olmayan hərəkətlərin təkrarlanmamasının gözləndiyi çatdırılıb. Görüşdə Rusiya tərəfinin də Türkiyə tərəfinin səsləndirdiyi məqamları rəsmi orqanlara "tam şəkildə çatdıracağı" bildirilib.

Google+ WhatsApp ok.ru