Rusiyanın Tula şəhəri yaxınlığında “Moskva-İrəvan” avtobusu aşıb: 7 nəfər ölüb, 35 nəfər yaralanıb

Maide.az-ın RİA Novostiyə istinadən verdiyi məlumata görə, dünən axşam “Moskva-İrəvan” avtobusu M4 “Don” magistral yolunda aşıb. Qəza yolun 220-ci km-də, Tula vilayətinin İlyinka yaşayış məntəqəsindən 2 km aralıda baş verib. İlkin məlumata görə, “Hyundai” markalı avtobus idarəetməni itirib, nəticədə nəqliyyat vasitəsi aşıb. 
 
Avtobusunun aşması nəticəsində 7 nəfər ölüb, 35 nəfər isə yaralanıb. Yaralılardan 10 nəfərin vəziyyəti orta ağırdır. Avtobusda ümumilikdə 63 sərnişin olub.  

Google+ WhatsApp ok.ru