Rusiya nüvə dronlu yeni sualtı qayığı dənizə buraxıb

Rusiya nüvə dronlu yeni sualtı qayığı dənizə buraxıb

Rusiya yeni, xüsusi təyinatlı atom sualtı qayığı dənizə buraxıb. Bu qayığın nüvə başlıqlı sualtı dronları daşımaq qabiliyyətinə malik olduğu düşünülür.
 
Belgorod sualtı gəmisi aprelin 23-də Rusiyanın şimal-qərbindəki Severodvinsk şəhərində buraxılıb.
 
Rusiya prezidenti Vladimri Putin qayığın buraxılması prosesinə Sankt Peterburqdakı Severnaya gəmi tərsanəsində viedoəlaqə ilə baxıb.
 
Bu gəminin istehsalına 1992-ci ildə başlansa da, onun maliyyələşdirilməsi dəfələrlə gecikdirilib.
 
Sualtı qayığın əməliyyat xarakteristikaları məxfi olduğundan jurnalistlərin onun buraxılışını fotoya və videoya çəkməsinə icazıə verilməyib.
 
Rusiya mediası bildirir ki, Belgorod dərinlik xilasetmə avadanlığını və avtonom sualtı dronları daşıyacaq.
 
2015-ci ilin noyabrında dövlət telekanallarından birinin süjetində sualtı qayıqdan buraxılan nüvə başlıqlı dronun sxemi və detalları təsadüfən efirə getmişdi.
 
Bu sənəddə deyilirdi ki, sözü gedən dronun istifadəsindən məqsəd “düşmənin sahil ərazilərindəki iqtisadi qurğularının vurulıması” və “uzun müddətdə hərbiyyə, iqtisadiyyat və başqa fəaliyyət üçün yararsız olan yüksək radioaktivlik zonasının yaradılmasıdır”.
 
Kreml dərhal bu xəbərin səhv olduğunu bəyan etmişdi.
 
 Lakin 2018-ci il, martın 1-də özünün ölkənin vəziyyətinə dair nitqində Putin bir sıra yeni silahlardan, o cümlədən nüvə başlıqlı sualtı drondan söz salmışdı.
 
Çıxışı zamanı rəngli diaqramlardan və videodan istifadə edən Putin demişdi ki, yüksək sürətli sualtı dronlar həm təyyarədaşıyan kreyserləri, həm də sahil qurğularını nüvə silahı ilə vura bilir.
 
Sonralar bu dronun adının Poseidon olduğu xəbər verilmişdi.
 
Fevralın 20-də özünün son “ölkədə vəziyyət” nitqində isə Putin Poseidon dronu ilə silahlanmış sualtı qayığın dənizlərə bu yaydan əvvəl çıxacağını demişdi. /azadliq.org /
 

Google+ WhatsApp ok.ru