Rusiyanın Müdafiə Nazirliyi: ABŞ İŞİD terrorçularına belə dəstək verib - FOTO

Rusiyanın Müdafiə Nazirliyi: ABŞ İŞİD terrorçularına belə dəstək verib - FOTO

Suriya ordusunun Əl-Bukəmal şəhərində keçirdiyi əməliyyat zamanı ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri İŞİD terrorçularına birbaşa dəstək göstərib. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. 
 
Bildirilir ki, Suriya ordusu ötən həftəsonu Əl-Bukəmal şəhərini İŞİD-dən təmizləyərkən terrorçular Rusiyanın Hava Qüvvələrinin zərbələrindən ABŞ-ın dəstəyi nəticəsində yayına bilib.
 
Qeyd olunur ki, noyabrın 9-də Rusiya pilotsuz təyyarələrinin lentə aldığı şəkillərdən görünür ki, terrorçular hökumət qoşunlarının və Rusiya aviasiyasının zərbələrindən qorunmaq üçün dəqiq koordinatlar alır və karvan şəklində Suriya-İraq sərhədinə doğru irəliləyir.
 
Rusiya tərəfi ABŞ-la əlaqəyə keçərək terrorçuların hərəkət etdiyi perimetr üzrə hava zərbələri endirilməsini istəsə də, Vaşinqtonun nəzarət etdiyi koalisiya qüvvələri bundan imtina edib. Onlar Ceneverə danışıqlarını əsas gətirərək yaraqlıların könüllü təslim olmasını bildiriblər. 
 
Maraqlıdır ki, ABŞ-a təslim olan terrorçular ağır texnika və silah-sursatlarlə birgə koalisiya qüvvələrinin tərkibinə daxil olub. (faktxeber)
 
 
 

Google+ WhatsApp ok.ru