Rusiyanın Ulan-Ude şəhərində fövqəladə vəziyyət elan olundu

Rusiyanın Ulan-Ude şəhərində fövqəladə vəziyyət elan olundu

-- şəhərdə 100 minə yaxın sakin susuz qalıb

Rusiyanın Buryatiya respublikasının Ulan-Ude şəhərində fövqəladə vəziyyət elan olunub.
 
Trend-in məlumatına görə, buna su kollektorunda baş vermiş qəza səbəb olub.
 
Qəza ilə əlaqədar şəhərdə 100 minə yaxın sakin susuz qalıb.
 
Son məlumata görə, 500-ə yaxın yaşayış evinin, 50-yə yaxın sosial obyektin su təchizatı kəsilib.
 
Qəzanın fəsadlarının aradan qaldırılması üçün 10-12 saat vaxtın tələb olunacağı bildirilir.
 
Qəzanın baş vermə səbəbləri məlum deyil, araşdırma aparılır.
 

Google+ WhatsApp ok.ru