Rusiyanın İraqdakı səfiri Muqtəda Sədrlə görüşüb 10 İyul 2018 01:00 Xəbərlər -- İraqda qurulacaq koalisiya hökuməti haqqında danışıqlar aparılıb Rusiyanın Bağdaddakı səfiri Maksim Maksimov İraq seçkilərində qalib gələn Sədr Hərəkatının lideri Muqtəda Sədrlə görüşüb. Maide.Az İraq KİV-lərinə istinadən xəbər verir ki, görüşdə iki tərəfli əlaqələrin hər tərəfli mövcud vəziyyəti və inkişafı haqqında müzakirələr aparıb. Regional və beynəlxalq məsələlər haqqında da fikir mübadiləsi aparılıb. Görüşdə müzakirə olunan məsələlərdən biri də İraqda qurulacaq koalisiya hökuməti olub. “İraq hökuməti milli hökumətdir və bütün partiyalara baxışı atanın övladına olan baxışı kimidir. Partiyalar hamısı İraqın quruculuğunu özləri üçün əsas hədəf seçməlidir”, -deyə M.Sədr görüşdə bildirib. M.Sədr Rusiyadan istəyib ki, humanitar sahədə xüsusi ilə İraqlı qaçqınların işi ilə bağlı daha aktiv fəaliyyət göstərsin. Teqlər : #Rusiyanın İraqdakı səfiri Muqtəda Sədrlə görüşüb , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru 6 ayda qiymətlər necə dəyişib? Xəzərdə balıqlar kütləvi şəkildə ölür