Rusiya ordusunu gücləndirməyə başlayıb 31 Mart 2020 13:07 Dünya 2020-ci ildə modernləşdirilmiş T-90M tankı Rusiya qoşunlarına təslim edilməyə başlanacaq. Maide.Az xəbər verir ki, bu barədə "Rostex" Dövlət Korporasiyasının icraçı direktoru Oleq Yevtuşenko açıqlama verib. "Keçən il "Uralvaqonzavod "T-90M tankının dövlət sınaqlarını başa çatdırdı, bu il onu qoşunlara təhvil verməyə başlayacağıq", - deyə Yevtuşenko RİA Novosti-yə müsahibəsində bildirib. T-90M "Prorıv" Rusiyanın əsas döyüş tankı olan T-90 "Vladimir"in əsaslı şəkildə yenilənmiş versiyasıdır. Yeni avadanlıqlar tankın xüsusiyyətlərini təkmilləşdirəcək və döyüş sahəsindəki müasir vəzifələrə uyğun olaraq imkanlarını genişləndirəcək. Məsələn, mühərrik gücü əhəmiyyətli dərəcədə artırılıb: T-90M 1130 litr həcmli V-92S2F dizel mühərriki ilə təchiz edilmişdir. Bu, magistral yolda tankın sürətini 60 km/saat sürətə çatmasına imkan verəcək. Müqayisə üçün qeyd edək ki, T-90 tankları əvvəllər 840 litrlik V-84MS mühərrikləri ilə təchiz edilmişdi. Üçüncü nəsil "Relikt" universal dinamik modulların quraşdırılması sayəsində T-90M zirehi gücləndirilib. Tankın qülləsi, gövdəsi və yan ekranlar zərbələri və sub-kalibrli döyüş sursatlarının təsirini qəbul etməyə qadirdir. Zədələnmiş modullar asanlıqla yeniləri ilə əvəz olunur. Bundan əlavə, tankın içərisi ekipajın təhlükəsizliyini artıran xüsusi zərbə əleyhinə materiallarla örtülüb. "Prorıv"ın əvvəlki T-90-la fərqləndirən əsas üstünlüklərindən biri də yeni qüllədir. Yeni qüllə avtomatik yükləyici, yanğına nəzarət sistemi və çoxkanallı panoramalı termal görüntülü nişangahla təhciz edilib. Tankın əsas silahı 125 mm-lik 2A82-1M topudur. Bu silah 125 mm-lik hər cür mərmidən istifadə edir. Köməkçi silah olaraq "Kord-MT" iriçaplı pulemyot və 7.62 PKTM pulemyotu qüllədə quraşdırılıb. Tankı modernləşdirərkən Suriyadakı hərbi əməliyyatlar təcrübəsi, həmçinin tank əleyhinə yeni silah sistemlərinin meydana çıxması nəzərə alınıb. Teqlər : #Rusiya,#ordusunu,#gücləndirməyə,#başlayıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Qaçqın düşərgələrində koronavirus epedemiyası təhlükəli həddə çatıb YUNESKO: Koronavirusa görə 1.5 milyard insan təhsildən kənarda qalıb
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO