Rusiya Pompeonun Qolan Təpələri səfərini təxribat adlandırdı

Rusiya Pompeonun Qolan Təpələri səfərini təxribat adlandırdı

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasiliy Nebenzya BMT Təhlükəsizlik Şurasının (BMT TŞ) iclasında etdiyi çıxışında Rusiyanın ABŞ Dövlət Katibi Mayk Pompeonun Qolan Təpələrinə səfərini təxribat olaraq gördüyünü bildirib. 

 Nebenzya "Biz davamlı olaraq Suriyanın birliyinin qorunmasını, suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməsini müdafiə edirik. Ölkəni bölmək və münaqişəni genişləndirmək planlarından imtina etməyə çağırırıq. Bu, ölkənin həm şərqinə, həm qərbinə, həm də ABŞ-ın yüksək səviyyəli bir rəsmisinin səfərini təxribat olaraq gördüyümüz işğal altındakı Qolan Təpələrinə də aiddir", - deyə bildirib. 

 Moskvanın ABŞ-ın qanunsuz hərbi varlığının davam etdiyi Suriya ərazilərində baş verən proseslərdən son dərəcə narahat olduğunu vurğulayan Nebenzya sözlərinə belə davam edib:   

"Xarici işğalın təhrik etdiyi separatçı meyllərlə yanaşı Suriyadakı müxtəlif etnik və məzhəb qrupları arasındakı tarixi əlaqələrin pozulması ölkənin ərazi bütövlüyünün bərpası üçün səylərə mane olur. İnsan haqları mövzusunda çox həvəsli görünən qərbli həmkarlar (özləri fayda əldə etdikləri müddətcə) Suriyada bu sahə ilə əlaqədar vəziyyəti təkidlə görməməzlikdən gəlirlər".

Suriyanın bəzi bölgələrində silahlıların həbsxanalardan sərbəst buraxılaraq, Dəməşqin idarəsi altındakı bölgələrə göndərildiyi barədə xəbərlərin olduğunu vurğulayan Nebenzya xarici vətəndaşların da mühakimə olunacağı planlaşdırıldığı məhkəmə proseslərindən bəhs edildiyini, ancaq bunların hansı məhkəmələr olduğu bilinmədiyini söyləyib.  /eastnews.org/ 

Google+ WhatsApp ok.ru