Rusiya pravoslav kilsəsi İslam Peyğəmbərinin (s) müdafiəsinə qalxdı

“Reuters”in Moskvadan verdiyi xəbərdə deyilir ki, böyük nüfuza malik Rusiya Ortodoks Kilsəsinin rəhbəri, patriarx Kirill bazar günü deyib ki, Fransanın “Charlie Hebdo” satirik jurnalında Məhəmməd peyğəmbərin (s.ə.s) karikaturasının çap edilməsi “uşaq şıltaqlığına” bənzəyir. 
 
“Charlie Hebdo” mütamadi şəkildə müsəlmanları, xristanları və başqalarını bu tip sayğısız karikaturalarla təhqir edir. 
 
Agentlik xatırladır ki, silahlı qardaşlar jurnalın Paris ofisinə hücum edərkən özlərini qisasçı kimi təqdim ediblər. Deyiblər ki, peyğəmbəri təhqir edənlərdən hesab sormağa gəliblər. 
 
Rusiya prezidenti ilə yaxın olan patriarx Kirill mərasimdə çıxışı zamanı terroru lənətləyib və eyni zamanda dindarların inancından doğan hislərinin təhqir olunmasına etiraz edib. Həmin mərasim Ruisya TV-ləri vasitəsi ilə yayımlanıb. musavat /

Google+ WhatsApp ok.ru