Rusiya prezidentinin dəstək reytinqi 80%-i ötüb

“Levada” mərkəzinin apardığı fevral sorğusuna əsasən, Rusiya prezidenti Vladimir Putinin siyasətinə dəstək reytinqi 86%-ə çatıb.
 
Bu barədə sorğunun nəticələrinə əsasən “İnterfaks” xəbər yayıb.
 
Beləliklə, 2015-ci ilin yanvarı ilə müqayisədə rusiyalıların Putinə inamları 1% artıb.
 
Tədqiqatın nəticələrinə əsasən, hazırda ölkə vətəndaşlarının 13%-i dövlət başçısının işindən razı deyil.  
 
Rusiyanın Baş naziri Dmitri Medvedevin fəaliyyətinə isə rəyi soruşulanların 64%-i müsbət yanaşır, 60% isə hökumətin işindən razıdır.
 
Sorğu 20-23 fevral tarixlərində keçirilib və Rusiyanın 46 regionunda 134 yaşayış məntəqəsində yaşayan 1,6 min nəfəri əhatə edib.

Google+ WhatsApp ok.ru