Rusiya qanunlarını pozan azərbaycanlılar deportasiya edilir

Rusiya qanunlarını pozan iki azərbaycanlı ölkədən deportasiya edilir.
 
Rusiya miqrantlarla iş üzrə idarəsinin əməkdaşları hüquq-mühafizə orqanları ilə birlikdə Omsk şəhərində rey keçiriblər.
 
Onlar bazarlarda, tikintidə və şəhər kafelrində çalışan 37 əcnəbinin sənədləri yoxlayıblar. Reyd zamanı kafelərin birində işləyən iki Azərbaycan vətəndaşının qanunsuz əmək fəaliyyəti göstərdiyi aşkarlanır. Sözügedən şəxslər artıq bir dəfə eyni qanun pozuntusu ilə administrativ cavabdehliyə cəlb ediliblər. Buna baxmayaraq onlar icazəsiz çalışmağa davam ediblər.
 
Məhkəmənin bir il ərzində administrativ qanun pozuntusuna təkrar yol vermiş azərbaycanlılar barəsində 5 min rubl məbləğində cərimə və Rusiya Federasiyası hüdudlarından çıxarılması barədə qərar çıxarıb.
 
Hazırda sənədləri qaydasında olmayan əcnəbiləri işə götürənlər barəsində araşdırma aparılır.(ans)

Google+ WhatsApp ok.ru