Rusiya rəsmisi: 2000 İŞİD üzvü Avropaya qayıtdı

Rusiya rəsmisi: 2000 İŞİD üzvü Avropaya qayıtdı

Rusiya xarici işlər nazirinin terrorla mübarizə üzrə müavini Oleq Sıromolotov, İŞİD terror qruplaşma üzvlərinin Avropada ola biləcək terror hücumları ilə bağlı xəbərdarlıq edib. 
 
Maide.Az xəbər verir ki, O.Sıromolotov dünən İTAR TASS-a verdiyi müsahibədə bildirib: "Terrorizm ictimai bir problemdir və dünyada, o cümlədən Qərb ölkələrində artan terror aktları bunu təsdiqləyir."
 
Rusiyalı diplomat qeyd edib ki: "ABŞ, Avropa, Asiya və digər inkişaf etmiş ölkələr terror hücumlarına məruz qala bilər, çünki son illərdə Suriya və İraqda terrorçu qruplarla birlikdə döyüşən təxminən iki min döyüşçü Avropaya qayıdıb."
 
Britaniyada aparılmış tədqiqata əsasən, İŞİD-in yaranması anından 2018-ci ilə qədər təxminən 13000 avropalı terrorçu qruplaşmaya qoşulmaq üçün Suriya və İraqa getmişdir. Birləşmiş Millətlər Təşkilatı 110 ölkədən 40 mindən çox xarici vətəndaşın İŞİD-ə qoşulmaq üçün Suriya və İraqa getdiyini bildirir.

Google+ WhatsApp ok.ru