Rusiya İranla neft qarşılığında mal mübadiləsinə başlayır

Rusiya İqtisadiyyat naziri Aleksey Ulyukayev İranla "neft qarşılığı mal" mübadiləsinə yaxın zamanda başlayacaqlarını açıqlayıb.
 
Maide.az xəbər verir ki, Tehranda keçirdiyi görüşdən sonra bəyanat açıqlayan Ulyıkayev, "Məsələ gündəmdədir. Avqustda ticarət və iqtisadi əlaqələrin inkişaf etdirilməsi istiqamətində müqavilə imzalandı. Biz bu istiqamətdə işləyirik. Qısa müddətdə nəticə alacağıq, praktik tətbiqə başlayacaq", - deyib.
 
Rus nazir İranla neft və qaz qarşılığında mal mübadilə imkanı verən müqavilənin da tezliklə imzalanacağını bildirib. 
 
Qeyd edək ki, mətbuatda yer alan xəbərlərdə Moskva və Tehranın gündəlik 500 min barrel neft qarşılığında 20 milyard dollarlıq mal mübadiləsi müqaviləsini müzakirə etdiyini yazır.
 
Nüvə proqramına görə snksiya ilə üzləşən İran neft ixracatını artırmaq imkanı əldə etdiyi bir vaxtda, Moskvaya da iqtisadi durğunluq prosesində yeni ixrac qapısı açılmış olacaq. Ancaq Ukrayna böhranı səbəbi ilə Qərb ölkələrinin sanksiyası ilə üzləşən Rusiyanın vəziyyətinin daha da pisləşəcəyindən narahatlıq var. ABŞ isə mal qarşılığında neft mübadiləsi müqaviləsinin İranla aparılan nüvə danışıqlarına mənfi təsir göstərəcəyi xəbərdarlığını edib.
 
Rusiyanın əhəmiyyətli həcmdə xüsusilə neft və qaz sənayesində istifadə olunan maşın və avadanlıqlar, kənd təsərrüfatı texnikaları, mühərrik hissələri, təyyarə, lokomotiv, generator və digər sənaye məhsullarını ixrac edə biləcəyini söyləyən Ulyukayev sənaye məhsullarına tələbin yüksək olduğunu deyib.

Google+ WhatsApp ok.ru