Rusiya S 300 raket sistemini Misirə təhvil verdi

Rusiya səlahiyyətlilərinin bildirdiyinə görə, Misir hərbi mütəxəssisləri S 300 raket sistemlərini müstəqil olaraq istifadə etmək üçün artıq lazımlı məlumata sahibdir.
 
Maide.az xəbər verir ki, Rusiyanın digər ölkələrlə hərbi əlaqələrindən məsul olan "Almaz" şirkətinin müdir köməkçisinin açıqlamasına görə, Misir Venesueladan sonra Rusiyanın S 300 raket sistemini alan ikinci ölkədir.
 
Qeyd edək ki, S 300 raket sistemi orta və qısa mənzildə hava hücumlarından qorunmaq üçün istifadə edilən havadan müdafiə sistemi olub, balistik raketlərə qarşı da müdafiə gücünə malikdir.

Google+ WhatsApp ok.ru