Rusiya səsdənsürətli raketi sınaqdan keçirib

Rusiya səsdənsürətli raketi sınaqdan keçirib

Rusiya Hərbi-Dəniz Qüvvələri səsdənsürətli “Sirkon” qanadlı raketini sınaqdan keçirib.
 
Trend-in məlumatına görə, bu barədə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov prezident Vladimir Putinə məruzə edib.
 
Qeyd olunur ki, raket Ağ dənizdə yerləşən gəmidən buraxılıb və 450 kilometr məsafədə, Barens dənizində şərti hədəfi vurub.
 
Raketin sürəti saatda 5,7 min kilometrə bərabər olub. “Sirkon”un 2020-2021-ci illərdə Hərbi-Dəniz Qüvvələrinə daxil olması planlaşdırılır.
 

Google+ WhatsApp ok.ru