Rusiya Suriya böhranının diplomatik həll yolunu vurğulayıb

Rusiya xarici işlər naziri Suriya böhranının diplomatik həlli üçün fürsətin yarandığını bildirib.
 
Maide.az-ın İTAR-TASS-a istinadla verdiyi məlumata görə, Sergey Lavrov UN Model adı altında Tələbələrin Beynəlxalq Konfransında deyib: "Suriya böhranının diplomatik yolla həllinə zəmin yaranıb və bu ölkənin Liviya kimi taleyi olmayacaqdır. 
Lavrov əlavə edib: Rusiyanın BMT Təhlükəsizlik Şurasındakı veto hüququ xüsusi imtiyaz deyil. Lakin böyük məsuliyyətdir. 
Rusiya xarici işlər naziri bildirib: Rusiya BMT-dəki haqqına görə deyə bilər ki, Suriya böhranının diplomatik həlli üçün fürsətə imkan vardır." 
 
Sergey Lavrovun sözlərinə görə, İranın nüvə proqramının dinc yolla həlli şübhəsiz regional digər məsələlər, o cümlədən Suriya və İraq məsələsinin həllinə səbəb olacaqdır. Əlbəttə Amerikanın niyyətləri barədə şəkk və şübhələr vardır.

Google+ WhatsApp ok.ru