Rusiya Suriyadakı raket hücumunu İsrailin həyata keçirdiyini açıqladı - Video

Rusiya Suriyadakı raket hücumunu İsrailin həyata keçirdiyini açıqladı - Video

-- 5 raket isə havadan müdafiə sistemi vasitəsilə məhv edilib.

Rusiya Müdafiə Nazirliyi Homsa raket hücumunun işğalçı  İsrailin həyata keçirdiyini açıqlayıb.

Maide.Az "eastnews"-a istinadən xəbər verir ki, Müdafiə Nazirliyinin açıqlamasıında bildirilib ki, 9 aprel Moskva vaxtı ilə 3:25 - 3:55 dəqiqələrdə İsrail HHQ-yə məxsus 2 ədəd F-16 təyyarəsi Suriyanın ərazisinə daxil olmadan Livan ərazisindən TİFOR aerodromuna idarə olunan 8 raket atıb.

3 raket, hava limanın qərb hissəsinə düşüb. 5 raket isə havadan müdafiə sistemi vasitəsilə məhv edilib.

Rusiya qüvvələri hücum zamanı zərər çəkməyib. 

Qeyd edək ki, ABŞ Suriyada raket hücum təşkil etdiyi iddialarını rədd etmişdi. 

 

Google+ WhatsApp ok.ru