Rusiya Tailandda dəmir yolu tikmək istəyir

Rusiya Tailandda dəmir yolu tikmək istəyir

Rusiya şirkətləri Tailandda yeni dəmir yolu xəttinin tikintisində iştirak etməyə, həmçinin bu ölkəyə dəmir yolu nəqliyyatı vasitələri tədarük etməyə hazırdır.

Maide.Az bildirir ki,Trend-in məlumatına görə, bunu Rusiya-Tailand hökumətlərarası komissiyasının iclasında RF sənaye və ticarət naziri Denis Manturov deyib.

Nazir bildirib ki, Rusiya Tailandda buğda və ət məhsulları ixracını artırmağa da hazırdır:

"Qarşılıqlı əmtəə dövriyyəsinin böyük potensialını kənd təsərrüfatı sahəsində də görürük. Öz növbəsində, Rusiya buğda, ət məhsulları kimi mallarının ixracını artırmağa hazırdır".

Google+ WhatsApp ok.ru