Rusiya Türkiyәyә qoyulan iqtisadi sanksiyaları lәğv etdi

Rusiya Türkiyәyә qoyulan iqtisadi sanksiyaları lәğv etdi

Kremldәn verilәn açıqlamaya görә Putin Rusiya tәyyarәsinin vurulmasından sonra Türkiyәyә tәtbiq edilәn bәzi iqtisadi sanksiyaları lәğv edәn qәrar imzalayıb.
 
Qәrara görә Türkiyә şirkәtlәrini Rusiya torpaqlarında biznes fәaliyyәti ilә mәşğul ola bilәcәk, Türkiyә vәtәndaşları Rusiyada işlәyә bilәcәk.
 
Eyni zamanda Putin vizasız Rusiyaya sәyahәt edәcәk Türkiyә vәtәndaşlarının tәrkibini dә genişlәndirib. Belә ki, artıq tәyyarә ekipajına daxil olan Türkiyә vәtәndaşları, qısa iş sәyahәti üçün xidmәti passportla sәyahәt edәn Türkiyә vәtәndaşları, diplomatik korpusun Türkiyә vәtәndaşları vә ailәlәri artıq vizasız Rusiyaya gedib gәlә bilәcәk. (azadliq.info) /

Google+ WhatsApp ok.ru