Rusiya Türkiyə ilə viza rejimini ləğv etməyə hazır olmadığını açıqlayıb

Rusiya Türkiyə ilə viza rejimini ləğv etməyə hazır olmadığını açıqlayıb

-- Türkiyə RUsiya vətəndaşları üçün viza rejimini ləğv edib

Rusiyanın Ankaradakı səfiri Aleksey Yerhov  rəsmi Moskvanın Türkiyə ilə  viza rejimini tamamilə ləğv etməyə hələ hazır olmadığını açıqlayıb. 
 
Maide.Az “Sputnik”-ə  istinadən xəbər verir ki,  A.Yerhov  deyib ki, hazırda Türkiyə ölkəyə Rusiyadan turistlərin   gəlişini artırmaq məqsədi ilə  bir tərəfli viza rejimini ləğv edib və  vətəndaşlarımız bu məsələdə Türkiyə rəsmilərinə minnətdardır. 
 
 “Rusiya haqlı səbəblərə görə hələlik  2010-cu ildə imzalanan  qarşılıqlı viza rejiminin ləğvinə dair anlaşmanın tələblərinin hamısını yerinə yetirməyə hələ hazır deyil.”
 
 

Google+ WhatsApp ok.ru