Rusiya, Türkiyə və İran Nur Sultanda Suriya məsələsini müzakirə edəcək

Rusiya, Türkiyə və İran Nur Sultanda Suriya məsələsini müzakirə edəcək

Yaxın vaxtlarda Rusiya, Türkiyə və İran Nur Sultanda  Suriya məsələsini müzakirə edəcək. 
 
Maide.Az "İslam.ru"a istinadla xəbər verir ki, bu barədə BMT Təhlükəsizlik Şurasının iclasında xarici işlər nazirinin müavini Sergey Verşinin açıqlama verib
 
“Suriya üzrə Astana formatında yüksək səviyyəli beynəlxalq görüşlərin keçirilməsi təcrübəsi davam edəcəkdir. Növbəti belə görüşün yaxın vaxtlarda Qazaxıstanın paytaxtında keçirilməsi planlaşdırılır ", - deyə rusiyalı diplomat vurğulayıb.
 
Verşinin, Suriyanın konstitusiya komitəsinin daha əvvəl məlum olan son tərkibinə beynəlxalq dəstək verməyə çağırıb və eyni zamanda "Suriyalılararası dialoqa müdaxilə etməyin və suriyalılara mədəni, dini və milli ənənələrinə uyğun olmayan reseptlər tətbiq etməyin yolverilməzliyi" mövzusunda danışıb. 
 
Xatırladaq ki, hökumət, müxalifət və vətəndaş cəmiyyətinin 150 nümayəndəsinin daxil olduğu Suriya konstitusiya komitəsinin ilk iclası oktyabrın 30-da Cenevrədə keçiriləcəkdir.

Google+ WhatsApp ok.ru