Rusiya ukraynalı dənizçiləri sərbəst buraxır

Rusiya ukraynalı dənizçiləri sərbəst buraxır

 
Rusiya ötən ilin noyabrında Kerç boğazında saxladıqdan sonra həbs etdiyi ukranalı dənizçiləri sərbəst buraxmağa hazırlaşır.
 
Maide.az DHA-ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın yeni Baş prokuroru Ruslan Ryaboşapka bildirib.
 
O qeyd edib ki, bununla bağlı Rusiya tərəfi ilə razılaşma əldə edilib və Ukrayna da həbsdə olan rusları sərbəst buraxır:
 
“Ukraynalı dənizçilərlə yanaşı, digər məhbuslar Sentsov, Karpyuk, Baluh və Qrib də evlərinə qayıdırlar. Gözləyirik”.
 
Qeyd edək ki, 11 iyulda Rusiya və Ukrayna prezidentləri arasındakı telefon görüşməsində məhbusların qarşılıqlı olaraq dəyişdirilməsi məsələsi də müzakirə edilmişdi.
 
Xatırladaq ki, Rusiya hərbçiləri 25 noyabrd Kerç boğazında Ukraynanın 3 gəmisini saxlamış və 24 ukraynalını həbs etmişdi.

Google+ WhatsApp ok.ru